Ermənistanın müharibə itkilərinin sayı 5 300 nəfəri ötüb

A- A A+

2020-ci ilin 27 sentyabrından 2021-ci ilin 25 mayına qədər Ermənistanda ikinci Qarabağ müharibəsində məhv edilmiş 3 753 hərbi qulluqçunun meyiti məhkəmə-tibb ekspertizasından keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Mayın 25-ə olan məlumata əsasən məhv edilmiş hərbi qulluqçuların meyitlərindən və qalıqlarından götürülmüş 48 analiz nümunəsi hələ yoxlanılmayıb.

Mətbuat isə qeyd edib ki, mayın 24-ə qədər Qarabağda itkin düşmüş hesab edilən 1 557 nəfərin meyiti tapılıb. Onların bir hissəsi ermənilərin apadıqları axtarışlar zamanı aşkarlanıb. Meyitlərin bir qismini isə Azərbaycan qarşı tərəfə təhvil verib.

Xatırladaq ki, daha əvvəl Ermənistanın vitse-spikeri Tiqran Avinyan ölkə parlamentində iddia edib ki, 44 günlük müharibədə məhv edilən erməni hərbçilərinin sayı 4 000 min nəfəri ötməyəcək. Lakin Səhiyyə və Müdafiə nazirliklərinin son açıqlamaları Ermənistanın ikinci Qarabağ müharibəsindəki itkilərinin sayının 5 310 nəfər olduğunu göstərir. Qeyd edək ki, bu da son deyil. Müdafiə Nazirliyi müharibədə onlarla hərbi qulluqçusunun itkin düşdüyünü, axtarışların hələ davam etdirildiyini açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: