Avropa Şurasının binası Azərbaycanın üçrəngli bayrağının rəngləri ilə işıqlandırılıb

A- A A+

Ölkəmizin milli bayramı - Respublika Günü münasibətilə Avropa Şurasının binasının ön hissəsində Azərbaycanın üçrəngli bayrağı nümayiş olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan bayrağı proyektorlarla Avropa Şurasının binası önündə əks etdirilib.

Gecənin zülmətinə qovuşan bina üçrəngli bayrağımızın rəngləri ilə işqlandırılıb. Dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız bu il Respublika Gününü xüsusi əhval-ruhiyyədə müxtəlif formalarda qeyd ediblər. Müxtəlif ölkələrdə Azərbaycanın üçrəngli bayrağı ən yüksək nöqtələrdə və insanların sıx olduqları yerlərdə nümayiş olunub.

Respublika Günü münasibətilə təşkil edilmiş bayram tədbirlərində Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: