Müdafiə Nazirliyi: Hərbi qulluqçularımız “Anatolian Phoenix-2021” təlimində fəal iştirak edirlər - FOTOLAR

A- A A+

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində fəal iştirak edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, təlimin növbəti günündə ssenariyə əsasən, qəzaya uğramış aviasiya vasitəsi ekipajlarının yerinin müəyyənləşdirilərək xilas olunması məqsədilə axtarış-xilasetmə əməliyyatları icra edilib.

Təlimə cəlb olunan pilotlarımız “Mi-17” helikopteri ilə koordinatlar əsasında müəyyən olunan əraziyə eniş edib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları isə qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirərək, ekipaj üzvlərini ərazidən təxliyə ediblər.

Paraşüt hazırlığı üzrə keçirilən növbəti məşqlərdə də şəxsi heyət tərəfindən müxtəlif tapşırıqlar icra olunub. Üçrəngli Azərbaycan bayrağı Konya səmasında dalğalandırılıb.

Təlim iyunun 4-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: