Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən komanda-qərargah təlimi başa çatıb - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Qarnizonu Qoşunlarında mayın 17-də başlayan komanda-qərargah təlimi başa çatıb.

Təliminin sonuncu mərhələsində bölmələrin yaranmış taktiki şəraitə uyğun olaraq bir istiqamətdən digərinə yerdəyişməsi həyata keçirilib. Xüsusi təyinatlı bölmələr şərti düşmənin müdafiəsindəki araboşluğundan yararlanaraq müdafiənin dərinliklərində hakim yüksəkliklərin ələ keçirilməsi üçün təyin olunmuş rayonlara çıxarılıb.

Motoatıcı və tank bölmələri artilleriya bölmələrinin atəş dəstəyilə hücumu dərinliyə doğru irəlilədərək şərti düşmənin canlı qüvvəsini və döyüş texnikalarını məhv ediblər.

Aidiyyəti üzrə birləşmələrdə, eləcə də bölmələrdə təlimin nəticələri təhlil olunub, aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində və qazanılan təcrübələrin növbəti təlimlərdə tətbiq edilməsi barədə müvafiq tapşırıqlar verilib. 

Kənan Cəlilov
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: