Gürcüstan Azərbaycanla quru sərhədlərini açıb

A- A A+

Gürcüstan koronavirus pandemiyası ilə əlaqədar ötən ilin mart ayından turistlər üçün bağlı olan quru sərhədlərini Azərbaycan üçün açıb.

NUHÇIXAN İnformasiya Agentliyi "İnterfaks"a istinadən xəbər verir ki, Gürcüstan quru sərhədlərini həmçinin Rusiya, Türkiyə və Ermənistanla da açıb.

Gürcüstanın Pandemiya ilə Mübarizə üzrə İdarələrarası Koordinasiya Şurasının qərarına əsasən, ölkənin quru sərhədlərini tam peyvənd sertifikatı və PCR testinin mənfi nəticəsini təsdiqləyən arayışı olan şəxslər və ya son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayışı olan şəxslər keçə beləcək.

Ölkəyə gələn şəxslər 3 gündən sonra öz hesablarına bir daha testdən keçməli olacaqlar.

Eyni zamanda bütün ziyarətçilərə tibbi sığortalarının olması tövsiyə olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: