İspan mətbuatı: Azərbaycanın Ermənistan tərəfindən viran edilmiş regionları bərpa və inkişaf erasına qədəm qoyur

A- A A+

İspaniyada çıxan beynəlxalq iqtisadiyyat və maliyyə jurnalının “elmundofinanciero.com” saytında “Azərbaycanda Respublika Günü sülh şəraitində qeyd edilir” sərlövhəli məqalə dərc edilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalənin müəllifi Kral Xuan Karlos adına Universitetin hüquq professoru Karlos Uriartedir.

Materialda qeyd edilir ki, Azərbaycanda 28 May günü Şəqrdə ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliiynin elan edildiyi tarixdir. Müəllif vurğulayır ki, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti demokratiya prinsiplərini əsas götürərək vətəndaşlarının mənşəyinə, cinsinə, dininə və sosial vəziyyətinə fərq qoymadan onların siyasi hüquq bərabərliyinin təməlini yaradıb.

K.Uriarte oxucuların diqqətinə çatdırır ki, 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa edib. Müstəqilliyin ilk illərində Azərbaycan Respublikası çətin sınaqlara sinə gərməli olub. Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı yürüdülən etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın ərazisinin 20 faizi işğal edilib, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Müəllif vurğulayır ki, 1992-ci ilin fevralında Xocalıda törədilmiş qırğın kimi kədərli hadisələri unutmaq olmaz. O vaxt Ermənistan silahlı qüvvələri Azərbaycanın bu şəhərinin 600-dən çox dinc sakinini qətlə yetirib.

İspan nəşri daha sonra yazır ki, həmin mürəkkəb dövrdə Azərbaycan xalqının israrlı tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı. Ümummilli Liderin müdrik siyasəti və zəngin təcrübəsi sayəsində qısa müddətdə ölkədə sabitlik bərqərar oldu. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvü oldu, Dağlıq Qarabağ münaqişəsi məsələsi həmin təşkilatlar qarşısında qaldırıldı.

Materialda qeyd edilir ki, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş hərbi təcavüz və terror aktları Azərbaycan xalqının iradəsini qıra bilmədi. 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində Qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etdi.

Karlos Uriarte sonda yazır ki, Azərbaycanın Ermənistan tərəfindən viran edilmiş regionları yeni eraya – bərpa və inkişaf erasına daxil olur və öz qonşuları ilə dinc yanaşı yaşamağa ümid bəsləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: