“149 cəsədin DNT-si heç bir valideynə uyğun gəlmir” - Erməni deputat

A- A A+

"Tibbi-ekspertiza mərkəzinin Abovyan bölməsinin zirzəmisində döşəməyə atılmış 44 cəsədin qalıqları bir neçə gün əvvəl Metsamor morqundan və xüsusi soyuducu maşınlardan daşınıb".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan yerli mediaya verdiyi açıqlamada deyib. O, hazırda ortada DNT analizi aparılması mümkün olmayan 50 cəsəd qalığının qaldığını bildirib.

"149 cəsəddən götürülmüş DNT-nin nəticələri hələ də heç bir valideynlə uyğunlaşmayıb. “Hərbi əsir”lərin yaxınlarının əksəriyyəti deyir ki, gəlin, məsələni siyasiləşdirməyək. Valideynlər Nikol Paşinyandan hesabat tələb etmək əvəzinə tibb bacılarını (Morq işçilərini nəzərdə tutur-red.) acılayırlar. Bu faciədə günahkar yalnız odur. Başqa günahkarlar axtarmağa ehtiyac yoxdur. “Hərbi əsirlərin” yaxınlarının susqunluğu anlaşılmazdır".

Zohrabyanın fikrincə, "nikolizm"ə qarşı mübarizə aparılmalıdır, çünki bu dəhşətli bir siyasi məzhəbdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: