Erməni partiya sədri: “Hələ də əsgərlərin meyitləri ilə dolu “podval”lar var”

A- A A+

“Seçkilərdə iştirak edəcək müxalif partiya və ittifaqlar başa düşməlidir ki, seçkilərdən sonra hər hansı proses olmayacaq, hər şeyi seçkilərə qədər etmək lazımdır, Nikol saxta rəqəmlər elan etsə, artıq heç nə edə bilməyəcəklər”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ermənistanın “Milli təhlükəsizlik” partiyasının sədri Qarnik İsaqulyan deyib.

Onun sözlərinə görə, Paşinyan bu günlərdə seçkisonrası hadisələrə kifayət qədər yaxşı hazırlaşır, seçkisonrası qarışıqlığı cilovlamaq üçün cəza dəstələri yaradır.

“Müharibənin əvvəlində ölənlər həddindən artıq çox olub, ölənlərin əsl sayını gizlətməyi və onları müxtəlif yerlərdə yerləşdirməyi şəxsən Nikol tapşırıb və bu şəkildə əsgərlərin meyitlərini hara gəldi doldurublar. Hələ də əsgərlərin meyitləri ilə dolu “podval”lar var”, - deyə İsaqulyan qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: