Zəngilanda tank və piyada əleyhinə minalar aşkarlanıb

A- A A+

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlamamış sursatların aşkarlanması istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Ağakişilər kəndi ərazisində xidməti borcunu yerinə yetirərkən orada partlamamış minalar aşkarlayıblar. Dərhal bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarına məlumat verilib. Məlumatla əlaqədar əraziyə baxış keçirilən zaman tank və piyada əleyhinə 7 ədəd mina və partladıcıları müəyyən olunub. Həmin partlayıcı vasitələrin təhlükəsiz şəkildə zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər yerinə yetirilib

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: