"Fransa Ermənistandan minalanmış ərazilərin xəritəsini tələb etməlidir" - Natali Qule

A- A A+

"Fransa digər bu kimi faciəvi hadisələrin qarşısının alınması üçün Ermənistandan minalanmış ərazilərin xəritəsini tələb etməlidir".

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Fransa Senatının üzvü Natali Qule bildirib.

N.Qule daha sonra qeyd edib: "Kəlbəcərdə mina partlayışı səbəbindən həlak olmuş jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun vəfatı ilə əlaqədar onların ailələrinə və azərbaycanlı dostlarıma başsağlığımı bildirirəm".

Qeyd edək ki, bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı) və digər bir mülki vətəndaş həlak olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: