AZƏRTAC-ın şəhid müxbiri Məhərrəm İbrahimov son mənzilə yola salınıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AZƏRTAC-ın ötən gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək şəhid olan müxbiri Məhərrəm İbrahimov iyunun 5-də son mənzilə yola salınıb.

Şəhid jurnalist Abşeron rayonunun Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda valideynlərinin məzarlarının yanında dəfn olunub.

Dəfn mərasimində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, mərhumun yaxınları, jurnalistlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə müxbir Məhərrəm İbrahimovun nümunəvi xidməti fəaliyyətindən, vətənpərvərliyindən və işində daim yüksək peşəkarlıq nümayiş etdirməsindən danışılıb. Mərhumun ruhuna dualar oxunub, məzarı üzərinə gül dəstələri və əklillər qoyulub.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

Allah rəhmət eləsin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: