AzTV-nin şəhid operatoru Sumqayıtda dəfn olunub - FOTOLAR

A- A A+

Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olan AzTV-nin operatoru Sirac Abışov Sumqayıtdakı Şəhidlər xiyabanında torpağa tapşırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, vida mərasiminə qatılan Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov, “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Milli Məclisin deputatları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri mərhumun ailə üzvlərinə başsağlığı veriblər.

Mərasimdə şəhidin jurnalist həmkarları, yaxınları, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Sirac doğulub boya-başa çatdığı Sumqayıt şəhərinin ən müqəddəs yerində - Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: