Ermənistanın mina xəritələrini verməkdən imtina etməsi bütün mövcud normaların pozulmasıdır - Lev Spivak

A- A A+

Sülh razılaşması imzalandıqdan sonra Ermənistanın minalanmış ərazilərin xəritəsini təhvil verməkdən imtina etməsi bütün mövcud beynəlxalq normaların pozulması deməkdir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) prezidenti Lev Spivak deyib.

"Müharibə bitdi, sülh razılaşması imzalanıb, amma insan ölümü yenə davam edir, həm də mülki insanlar. Müharibə zamanı hər hansı bir əsgər ölümü dəhşətli faciədir, mülki şəxsin ölümü isə ikiqat bir faciədir və bu II Dünya müharibəsindən sonra beynəlxalq birliyin qəbul etdiyi bütün norma və müddəaların pozulmasıdır", - Lev Spivak bildirib.

O qeyd edib ki, əxlaq, insanlıq, düzgünlük kimi anlayışlar var və Ermənistanın etdiklərinin sadəcə mənəviyatdan kənardır. 30 ildir ki, məcburi köçkünlər öz evlərinə qayıtmaq xəyalı ilə yaşayırdılar və Azərbaycan torpaqları işğaldan azad edildi, lakin bu günə qədər ərazilərin üzərində mina təhlükəsi var.

"Azİz"in prezidenti, həmçinin 4 iyunda Kəlbəcər rayonunda mina partlaması nəticəsində üç nəfərin ölümü ilə əlaqədar başsağlığı verdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: