Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, mayın 31-dən iyunun 5-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 224, tank əleyhinə 36 mina və 42 partlamamış hərbi sursat aşkarlanıb.
Əməliyyatlar nəticəsində 159 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.