Cəbrayılda erməni hərbçilərin meyitləri aşkarlanıb

A- A A+

Cəbrayıl rayonunda dünən aparılan axtarışlar zamanı Ermənistan silahlı qüvvələrinin ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş daha iki hərbçisinin meyiti aşkarlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, hərbçilərin meyitlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunacaq. Onlar müharibə zamanı itkin düşmüş hesab edilirdi.

Bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 560 nəfərə çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: