İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha üç erməni hərbçinin meyitinin qalıqları tapılıb.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Füzuli rayonu ərazisində aşkarlanıb.
Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1563 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.