Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başlayıb - VİDEO

526

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən iyunun 7-də növbəti komanda-qərargah təlimi başlayıb. 

Komanda-qərargah təliminə cəlb olunan birləşmə və hissələr düşmənin güclü radioelektron vasitələrinin təsiri altında aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma səviyyəsinə gətirilərək ehtiyyat təyinat rayonlarına çıxarılıb və idarəetmə orqanlarının ərazidə açılması təmin edilib.

Qoşunların gizli və operativ fəaliyyətini təmin etmək üçün mexanikləşdirilmiş, piyada və xüsusi təyinatlı bölmələrin digər qoşun növü bölmələri ilə qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilib.

Təlim iyunun 12-dək davam edəcək.

Kənan Cəlilov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: