Rusiya və Türkiyə Qarabağda Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin fəaliyyətini yüksək qiymətləndiriblər.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadla məlumat verir.
Məlumata əsasən, iyunun 8-də Moskvada Rusiya-Türkiyə XİN-lərarası məsləhətləşmələr keçirilib. Müzakirədə Türkiyə tərəfdən xarici işlər nazirinin Sedat Önal, Rusiya tərəfdən xarici işlər nazirinin müavinləri Sergey Varşanin, Aleksandr Qruşko və Andrey Rudenko iştirak ediblər.
“Qarabağda Atəşkəsə Nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzin fəaliyyəti yüksək dəyərləndirilib. Zaqafqaziyada iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması üzərində işin davam etdirilməsi razılaşdırılıb”, - deyə Rusiya XİN-in məlumatında bildirilir.
Xatırladaq ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-da işə başlayıb. Mərkəz Ağdam rayonunda fəaliyyət göstərir.