“Paşinyan Xarici İşlər Nazirliyinə nəzarəti tamamilə itirib” – “Hraparak”

A- A A+

Xarici İşlər Nazirliyi tamamilə Nikol Paşinyanın nəzarətindən çıxıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Hraparak” qəzeti bunu Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən bəyan edib.

Nəşr xəbər verir ki, bu yaxınlarda Baş nazirin ofisinə ünvanlanmalı olan sərt bir açıqlama hazırlanıbmış. Nazirliyin adından təqdim ediləcək bu sənəddə dövlətin ağır vəziyyətdə olması, dövlətçiliyi itirmək təhlükəsi olduğu göstərilmişdi və keçmiş nazir Ara Ayvazyanın vida nitqi zamanı yayımlanacaqdı. Əlavə olaraq, 3 nazir müavini eyni zamanda istefalarını da təqdim etmişdilər, amma bilinməyən səbəblərə görə bu proses dayandırılıb və açıqlama göndərilməyib.

“Baş nazirin müavini Tiqran Avinyan ictimaiyyətə qapalı olan görüşdə barmağını yelləyərək Xarici İşlər Nazirliyinin işçilərinə daha ağıllı olmalarını tapşırıbmış. Xarici siyasətdən məsul olanlar da ölkədə yeni sarsıntı yaratmaq istəmədilər”, - qəzetin XİN-dəki mənbədən aldığı məlumatda deyilir.

Dünən isə son nazir müavini, hazırda Xarici İşlər naziri vəzifəsini icra edən Armen Gevondyanın da istefa ərizəsi yazdığı xəbərləri yayılmışdı. Ancaq Baş nazir vəzifəsini icra edən Paşinyan tərəfindən ərizə imzalanmayıb, çünki nazirlik rəhbərsiz qala bilməz. Qəzet vurğulayıb ki, DİN-dən Xarici İşlər Nazirliyinə gələn Gevondyanın işdən çıxarılma ərizəsini yazması əslində bir oyun imiş.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: