Ərdoğan: "Şuşada Azərbaycanla Türkiyə arasında əhatəli müqavilə imzalanacaq" - VİDEO

494

"İlham Əliyev qardaşımla Şuşada görüşərək iki ölkə arasında əhatəli müqavilə imzalayacağıq".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“NATO sammitində üzv ölkələr gördükləri və görəcəkləri işləri müzakirə edəcəklər. Türkiyə NATO-da ilk 5-likdə yer alan bir ölkədir. Türkiyə ilə ABŞ arasındakı əlaqələri Cozef Baydenlə müzakirə etmək imkanımız olacaq. Bu görüşlərdən sonra Azərbaycana gedəcəyik. Səfər çərçivəsində Füzuliyə gedəcəyik. Daha sonra İlham Əliyev qardaşımla Şuşada görüşüb müqavilə imzalayacağıq. Bu, Türkiyə-Azərbaycan arasında əhatəli müqavilə olacaq. Azərbaycandan sonra da Antalyada Cənub Şərqi Avropa ölkələri liderlərinin zirvə toplantısına qatılacağıq”, - o deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: