Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

A- A A+

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, teleqüllə göy, qırmızı və yaşıl rənglərdə işıq saçıb.

Şəhərin əsas simvollarından birinin Azərbaycanın dövlət bayrağı rənglərində işıqlandırılmasına səbəb futbol üzrə UEFA Avropa çempionatının final mərhələsinin oyunlarına ilk dəfə ev sahibliyi etməsidir.

Qeyd edək ki, teleqüllə son dəfə mayın 28-də - Respublika günündə Azərbaycan bayrağının rənglərinə bürünmüşdü.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: