Rəcəb Tayyib Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığı bölgənin barış, sülh və sabitliyinin təminatıdır

A- A A+

Türkiyə-Azərbaycan qardaşlığı bölgənin barış, sülh və sabitliyinin təminatıdır. Azərbaycan Qarabağda tarixi qələbəyə imza atdı və 30 illik işğala son verdi. Qarabağ zəfəri bölgədə qalıcı sabitliyin qapısını açdı.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüssel səfərindən əvvəl “Atatürk” hava limanında jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.

Keçən il dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradını xatırlayan Türkiyə Prezidenti deyib: “Bu dəfə zəfərin əldə edildiyi torpaqlara gedəcəyik. İnşallah, Şuşanı ziyarət edəcəyik. İyunun 16-da isə Azərbaycan Prezidenti İlham Əliyevlə milli futbol komandamızın “Uels”lə qarşılaşmasını izləyəcəyik”.

Prezident R.T.Ərdoğan ölkəsinin yalnız terrorla mübarizə aparmadığını, eyni zamanda şərq-qərb istiqamətindən qeyri-qanuni miqrasiyanın da sıx bir təzyiqi ilə qarşılaşdığını bildirib: “Biz öz sərhədlərimizi qoruyarkən, NATO sərhədlərini də qoruyuruq. NATO-nun üzləşdiyi çətinliklər qarşısında etibarlı bir müttəfiq olaraq, kritik məsuliyyətləri öz üzərimizə götürdük və götürürük”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: