Beynəlxalq ictimaiyyət mina xəritələri müqabilində Azərbaycanın saxlanılan erməniləri təhvil verməsini alqışlayır - "Azernews" qəzeti

A- A A+

"Azernews" qəzetinin 14 iyun buraxılışında işıq üzü görmüş məqalə Bakı ilə İrəvan arasında imzalanmış 12 iyun sazişinə beynəlxalq ictimaiyyətin pozitiv münasibətini əks etdirir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, məqalədə qeyd olunur ki, qlobal səviyyədə alqışlanan razılaşma 15 erməni məhbusunun müqabilində Ağdam rayonunun mina xəritələrinin təqdimatını özündə ehtiva edir. Beynəlxalq ictimaiyyət tərəfindən böyük məmnuniyyətlə qarşılanan addım, tərəflər arasında gələcək əməkdaşlığın yolunu açacaq mühüm bir humanitar və etimad yaratma jesti kimi qiymətləndirilir.

Bir çox ekspertlər bunu Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik, siyasi və beynəlxalq uğuru kimi qiymətləndirir, çünki Prezident mümkün olması təsəvvürə gəlməz bir şeyi mümkün etdi.

Məqalədə, həmçinin əldə olunmuş razılaşmadan qısa müddət əvvəl Prezident Əliyevin Ermənistanın basdırdığı bütün mina xəritələrini Azərbaycana təqdim etməli olması barədə fikirləri qeyd olunub. O bildirib ki, Ermənistan sülh istəyirsə, Azərbaycanla sərhədlərin delimitasiyasına dair danışıqlara başlamalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: