Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Cahit Bağçı Azərbaycanı təbrik edib - VİDEO
Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Cahit Bağçı özünün "twitter"dəki səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, paylaşımda deyilir:
"Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtmaqla qardaş Azərbaycanımızın suverenliyini xilas etdiyi bu özəl gün münasibətilə hər birinizi təbrik edir, can Azərbaycanın müstəqilliyinin əbədi olmasını diləyirəm".