Türkiyə Prezidenti: Qədim Şuşa şəhərində ən qısa müddətdə baş konsulluq açmağı planlaşdırırıq

A- A A+

Türkiyə olaraq qədim Şuşa şəhərində ən qısa müddətdə baş konsulluq açmağı planlaşdırırıq. Beləliklə, bölgədə fəaliyyətimizin daha sürətli və səmərəli şəkildə həyata keçirilməsini də təmin edəcəyik.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında bildirib.

Türkiyə Prezidenti deyib: “Digər tərəfdən, Azərbaycanın Cənubi Zəngəzur koridoru layihəsini çox əhəmiyyətli hesab edir və onu da dəstəkləyirik. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq koridor açılacaqdır. Bu, çox böyük əhəmiyyət kəsb edir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: