Şuşa Bəyannaməsinin imzalanması, Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata bəyanatları qardaş ölkə KİV-lərinin diqqət mərkəzində olub - FOTOLAR

A- A A+

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanması, eləcə də liderlərin mətbuata birgə bəyanatları Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Anadolu agentliyi, “TRT Haber”, “A haber”, “Haber Global” telekanalları və digər media qurumları imzalanan sənədin əhəmiyyətindən bəhs edib, bunun ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha da möhkəmləndirəcəyini bildiriblər.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarında səsləndirdikləri fikirlər isə qardaş ölkə KİV-lərinin əsas xəbərlərinə çevrilib.

Məlumatlarda diqqətə çatdırılıb ki, Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə yeni inkişaf strategiyasının əsasını təşkil edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: