Anadolu agentliyi Türkiyə Prezidentinin Şuşa səfəri ilə bağlı məlumatları oxucularına müxtəlif dillərdə çatdırıb - FOTOLAR

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Füzulidə Prezident İlham Əliyev tərəfindən qarşılanması, liderlərin təkbətək görüşü, Şuşa Bəyannaməsinin imzalanması, mədəniyyət paytaxtımızda keçirilən bədii proqram, göstərilən yüksək qonaqpərvərlik və səmimiyyət, səfərlə bağlı digər mühüm məqamlar Anadolu agentliyi tərəfindən geniş işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Anadolu agentliyinin təqdim etdiyi ənənəvi “60 saniyədə bu gün” rubrikasında Türkiyə dövlət başçısının Azərbaycana tarixi səfərindən fraqmentlər yerləşdirilib. Bu rubrikada xəbərlər türk, ingilis, rus və digər dillərdə yayımlanıb.

Səfərin təfərrüatını dünya ictimaiyyətinə geniş şəkildə təqdim edən agentlik diqqətə çatdırır ki, Azərbaycan düşmən tapdağında olan torpaqlarını qətiyyətlə işğaldan azad edib və Böyük Qayıdış üçün fundamental strategiya həyata keçirir.

Məlumatlarda, video və fotolarda aydın təsəvvür yaranır ki, prezidentlərin imzaladığı Şuşa Bəyannaməsi qardaşlığın, birliyin, həmrəyliyin rəhni, sülhün və inkişafın qarantıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: