Şuşa Bəyannaməsi Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə daha çox sadiqliyini əks etdirir - Brayza

A- A A+

Müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsi Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə daha da çox sadiqliyini əks etdirir.

Bunu NUHÇIXAN İnformasiya Agentliyinə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

O bildirib ki, Şuşa Bəyannaməsinin imzalanması stabilləşdirici addımdır:

"Bəlkə də bəyannamədə ən vacib maddə üçüncü dövlət və ya dövlətlər tərəfindən ölkələrdən birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyünə qarşı təhdid, təcavüz təqdirində birgə məsləhətləşmələrin keçirilməsi, bir-birinə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq silahlı qüvvələrin güc və komanda strukturlarının razılaşdırılmış fəaliyyətinin təmin edilməsidir. Şuşa Bəyannaməsi Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə daha da çox sadiqliyini əks etdirir".

Sabiq səfir qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, xüsusilə də Şuşaya səfəri vacib əhəmiyyət daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: