Azərbaycan xüsusi təyinatlılarının birinci olduğu təlimdən - FOTOLAR - FOTOLAR

A- A A+

Xəbər verdiyimiz kimi Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbçiləri Türkiyədə keçirilən EFES-2018 təliminə qatılıblar.

NUHÇIXAN-ın məlumatına görə, İzmir şəhəri yaxınlığında keçirilən hərbi təlimdə Türkiyə daxil olmaqla 23 ölkədən hərbçilər iştirak edir. Pentatlon üzrə yarışmada Azərbaycan xüsusi təyinatlıları birinci olublar. İkinci yeri Böyük Britaniya, üçüncü yeri isə Pakistan ordu xüsusi təyinatlıları tutub.

Təlimin döyüş atışlı aktiv fazası 7-11 may tarixlərində keçiriləcək. Buna qədər isə iştirakçı ölkələrin hərbçilərinin qatılımı ilə hazırlıq təlimləri keçirilir.

Həmin yarış və təlimdən fotoları sizə təqdim edirik.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: