Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa səfəri Ukrayna mətbuatının da diqqət mərkəzində olub

A- A A+

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Prezident İlham Əliyevin qardaş ölkənin dövlət başçısı ilə Şuşaya birgə səfər etməsi, Şuşa Bəyannaməsinin imzalanması Ukrayna mətbuatının da diqqət mərkəzində olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Ukrayna 24”, “İnter” telekanallarının Azərbaycandan hazırladığı xüsusi reportajlarda, “Gordon”, “Korrespondent” “Podrobnosti”, “Segodnya” və digər xəbər portallarında dərc edilən məqalələrdə Azərbaycan və Türkiyə prezidentlərinin region və dünya ölkələrinə verdikləri mesajlar xüsusi vurğulanıb.

Şuşa Bəyannaməsində əksini tapan məsələlər haqqında ətraflı məlumat verilən materiallarda vurğulanıb ki, azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə Azərbaycan ilə Türkiyə arasında gələcək işbirliyinin istiqamətlərini müəyyənləşdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: