Rumıniya, Bolqarıstan və Yunanıstan KİV-ləri Türkiyə Prezidentinin Şuşaya səfərini diqqət mərkəzində saxlayıb

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın erməni işğalından azad edilmiş Şuşa şəhərinə səfəri və tarixi Şuşa Bəyannaməsinin imzalanması Rumıniya, Bolqarıstan və Yunanıstanın qabaqcıl KİV-inin diqqət mərkəzində olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AGERPRES milli xəbər agentliyi, “G4media”, “Ziarelive” nəşrləri, “Club.Bg”, Bolqarıstan Teleqraf agentliyi, Fokus xəbər agentliyi, “Blacksea news” xəbər portalı, “Protothema” nəşri və digərləri Şuşa şəhərinin 1992-ci ildə Ermənistan qoşunlarının nəzarəti altına keçməsi barədə məlumat verib. Ötən ilin noyabr ayında isə Azərbaycan qoşunları tərəfindən Şuşanın öz qanuni sahiblərinə qaytarılması bildirilib. Qeyd olunub ki, Türkiyə və Azərbaycan prezidentləri Şuşada danışıqlar aparıb və iki ölkə arasında bir neçə sahədə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrinin dərinləşməsinə yönəlmiş müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalayıblar. Bu sənədin ikitərəfli münasibətləri ən yüksək səviyyəyə qaldırması barədə deyilib. Bəyannamədə birgə müdafiə və Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı hərbi yardım məsələlərinin əksini tapdığı vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: