Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.
Türkiyə prezidenti bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı Rusiya tərəfinin gecikdirmə niyətinin olduğunu düşünmür:
"Tam əksinə, Rusiyanın bu məsələdə kömək etmək niyyətində olduğu görünür. Yaxın zamanda ikili görüş keçirəcəyik".