Antalya Diplomatiya Forumu başlayıb - FOTOLAR

A- A A+

Bu gün Türkiyənin Antalya şəhərində “Antalya Diplomatiya Forumu” (ADF) öz işinə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbir iyunun 18-dən 20-dək davam edəcək.

Bu gün, forumun birinci günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış edəcək. Tədbirin başlanğıcında, həmçinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun çıxışı gözlənilir.

Tədbirdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edəcək. Onun “Virtual Dünyada Məlumat Çirkliliyi və Saxta Xəbərlər” adlı panel sessiyasında çıxışı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: