Prezident İlham Əliyev iyunun 18-də Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif olunanlar arasında Nehrəm Qəsəbə Sahə Xəstəxanasının baş həkimi Hüseyn Niftəliyev də vardır.
Prezidentin Sərəncamı ilə Niftəliyev Hüseyn Əsrafil oğlu “Əməkdar həkim” fəxri adı ilə təltif edilib.