Türkiyədə gəmi əleyhinə raketin uğurlu sınaqları keçirilib - VİDEO

A- A A+

Türkiyənin gəmi əleyhinə "Atmaca" raketi ordunun silahlanmasına daxil olmasından əvvəl son sınaq zamanı gəmi şəklində hədəfini uğurla vurub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz "Twitter" səhifəsində yazıb.

Dövlət başçısının sözlərinə görə, həlledici test buraxılışı bu gün həyata keçirilib:

"Gəmi əleyhinə "Atmaca" raketi ilk dəfə Silahlı Qüvvələrin arsenalına daxil olmasından əvvəl bugünkü son sınaq zamanı gəmi şəklində hədəfi vurub. Silahlı qüvvələrimizə və donanmamıza uğurlar arzulayıram".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: