Erməni hüquq müdafiəçisindən Nikol Paşinyana açıq məktub: Qarabağ Azərbaycandır!

A- A A+

Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərində “Vətəndaş sazişi” partiyasının lideri, baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın səs çoxluğu ilə qalib gəlməsi ona səs vermiş bir sıra Ermənistan vətəndaşlarının, nəhayət, ölkələrinin sülhə və əmin-amanlığa, inkişafa istiqamətlənmiş idarəçilik məcrasına doğru yönələcəyini gözləyirlər. Lakin o da sirr deyil ki, Nikol Paşinyan çıxışlarında sözügedən məsələlərdə maraqlı olmadığını müxtəlif fikirləri ilə nümayiş etdirib. Onun hələ də “artsax”, yaxud Zəngəzur dəhlizinin açılmayacağı ətrafındakı düşüncələrində qalması isə ölkənin adekvat düşüncəli fəallarını təlaşlandırmağa başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ədalətli və düşüncəli fikirləri ilə Ermənistan cəmiyyətində elə də xoş qarşılanmayan erməni hüquq müdafiəçisi İşxan Verdyan Nikol Paşinyana açıq məktub ünvanlayaraq onun baxış prizmasını dəyişməyə dəvət edib.

Məktubda deyilir:

-Hörmətli cənab baş nazir vəzifəsini icra edən. Əvvəlcə icazə verin, növbədənkənar parlament seçkilərindəki inamlı qələbəniz münasibətilə sizi təbrik edim və səmərəli iş arzulayım.

Sonra xatırlatmaq istəyirəm ki, əvvəlki hakimiyyətiniz dövründə Ermənistan Respublikası və qondarma “artsax respublikasının” maraqlarının müəyyənləşdirilməsi faciəli müharibəyə səbəb oldu.

Bugünkü çıxışınızda, eyni zamanda bölgə xalqlarının barışığından danışaraq “artsax respublikası” və Ermənistan respublikasının ortaq maraqlarına yenidən toxundunuz.

“Hansı münasibətlə Arayik Harutyunyana təşəkkür edirsiniz? Seçkilərdəki qələbəni qeyd etmək üçün o Azərbaycan vətəndaşı sizə hansı xidmət göstərdi?”

-Cənab Paşinyan, "artsax respublikası" ifadəsinin və regional sülhün öz-özünə zidd olan müddəalar olduğunu başa düşməyə bilməzsiniz. Əgər beynəlxalq hüquq normalarına uyğun olaraq “artsaxın”, yəni Azərbaycanın bir hissəsi olan Qarabağın maraqlarından danışmağa davam etsəniz, növbəti qaçılmaz müharibə üçün münbit zəmin hazırlayırsınız.

Hansı münasibətlə Arayik Harutyunyana təşəkkür edirsiniz? Seçkilərdəki qələbəni qeyd etmək üçün o Azərbaycan vətəndaşı sizə hansı xidmət göstərdi?

Cənab Paşinyan, ciddi və təmkinli olmağa çağırıram. Qonşularla sülh təmin etmək Ermənistanın bir nömrəli həyati prioritetidir.

Amma bu dəfə Şuşa Konvensiyasına uyğun olaraq, müasir dünyanın ən güclü ordularından biri sayılan Türkiyə ordusuna qarşı...

-Bunu anlamırsınızsa və "artsax Ermənistandır və nöqtə" məntiqi ilə fəaliyyət göstərməyə davam edirsinizsə, o zaman Ermənistan respublikasının maraqlarını təmsil etmirsiniz, çünki davranışınız bir daha respublika vətəndaşlarına zərər vuracaq. Ermənistan qaçılmaz müharibəyə - amma bu dəfə Şuşa Konvensiyasına uyğun olaraq, müasir dünyanın ən güclü ordularından biri sayılan Türkiyə ordusuna qarşı.

Cənab Paşinyan, indi siyasi oyunlar oynamaq vaxtı deyil. Hüquqlarımızı təmin etmək üçün sizi seçmişik və davamlı olaraq hüquqlarımızı təmin etməyinizi tələb edəcəyik. Hüquqlarımız suveren Azərbaycan ərazisinə şamil edilmir. Ermənistan respublikasının baş naziri olun və nəhayət, ölkəmizi sülhə və firavanlığa gətirin.

Bütün hörməti ilə İşxan Verdyan

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: