Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri başa çatıb - FOTOLAR
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına rəsmi səfəri avqustun 11-də başa çatıb.
NUHÇIXAN xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola saldılar.