Ermənistan müxalifətinin lideri Nikol Paşinyan baş nazir seçiləcəyi təqdirdə, ilk siyasi addımının nədən ibarət olacağını açıqlayıb.
NUHÇIXAN-ın məlumatına görə, N.Paşinyan baş nazir seçilərsə, ilk növbədə, ədalətli və şəffaf şəkildə parlament seçkiləri keçirəcəyini bəyan edib
O qeyd edib: "Etməli olduğumuz ilk iş qısa müddətdə ədalətli və şəffaf seçki keçirməkdir".
Müxalif lider əlavə edib ki, o, baş nazir olacağı təqdirdə, Ermənistanda "korrupsiyanın kökü kəsiləcək, qanunun aliliyi işləyəcək":
"İndi yeni hakimiyyətin tərkibi haqqında danışmaq tezdir. Mən sadəcə baş nazir vəzifəsinə namizədəm. Digər məsələlər barədə mən bu posta seçiləndən sonra danışarıq".
Qeyd edək ki, aprelin 13-də Ermənistanda N.Paşinyanın rəhbərliyi ilə etiraz aksiyaları keçirilir.