Əlilliklə bağlı yeni qaydalar gələn ildən qüvvəyə minəcək - Parlament təsdiqlədi

A- A A+

Əlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar üçüncü oxunuşda təsdiq edilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalara keçilir. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.

Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: