Azərbaycan və Misir XİN-ləri arasında məsləhətləşmələr keçirilib

A- A A+

Qahirə şəhərində Azərbaycan və Misir Ərəb Respublikasının Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Məsləhətləşmələrdə Misir tərəfini xarici işlər nazirinin müavini səfir Badr Abdelatti, Azərbaycan tərəfini isə xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil edib.

Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı yolları müzakirə olunub. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: