Naxçıvan Muxtar Respublikası ilə İsveç Krallığı arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristian Kamillə görüşüb.
Daimi nümayəndəlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, görüşdə ölkələrimiz arasında bir çox istiqamətlərdə, xüsusilə siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin, dostluq və əməkdaşlığın inkişafı, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin genişləndirilməsi, regional vəziyyət, qarşıda duran vəzifələr, qarşılıqlı rəsmi səfərlər və digər mövzular ətrafında müzakirələr aparılıb.