Ermənistan əhalisi qisas alma fikrini rədd etdi, insanlar dövlətin inkişafını istəyir - İqor Korotçenko

A- A A+

Ermənistan əhalisi qisas almaq fikrini rədd etdi, insanlar normal həyat şəraiti və dövlətin inkişafını istəyirlər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Milli Müdafiə jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

O bildirib ki, bu, yalnız qonşu dövlətlərlə mehriban qonşuluq münasibətləri ilə mümkündür: "İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, minalanmış ərazilərin xəritələrinin verilməsi və bütün məsələlərin həlli, sərhədin delimitasiyası və demarkasiyasından sonra Ermənistan yeni şərtlərdə hərtərəfli inkişaf edəcək".

Korotçenkonun sözlərinə görə, erməni xalqı seçimini etdi və bu seçim intiqam almaq deyil, dinc inkişafa tərəfdar olmaqdır: “Seçki nəticələri Koçaryanın rəhbərlik etdiyi revanşist qüvvələrə böyük bir zərbədir. Bunlar öz problemləridir. Aydındır ki, Ermənistan indiki mövqeyində intiqam almağı xəyal etməməlidir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: