"Paşinyanın qələbəsi Qarabağın ermənilər üçün əhəmiyyətsizliyini göstərdi" - Satanovski

A- A A+

"Paşinyanın yenidən seçilməsi "Artsax"ın (Qarabağ-red.) itirilməsinin ermənilər üçün heç bir məna daşımadığını göstərdi". NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu rusiyalı politoloq Yevqeni Satanovski deyib. Satanovski xatırladıb ki, Rusiya Paşinyana müharibəni bitirmək üçün əlverişli variantlar təklif etsə də, o bunu rədd etmişdi. Nəticədə Şuşa kimi şəhər də əldən çıxdı və Bakıda ermənilər üçün aşağılayıcı sayılan parad reallaşdı.

"Artıq Ermənistanda klassik həqiqətlər işləmir! Ermənistanda populizm işləyir. Populizm populistlər üçün yaxşıdır. Bəs ölkə necə yaşayacaq? Ermənistan bu dünyada Rusiyadan başqa heç kim üçün maraqlı deyil. Qarabağdakı sülhməramlıların da əbədi olmadığını başa düşmək lazımdır. Rusiyasız isə Xankəndində heç bir erməni qalmayacaq"-,deyə rusiyalı ekspert bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: