Hadrutda "Dəmir yumruq" abidəsi ucaldılıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Dəmir yumruq" abidəsi Xocavənd rayonunun Hadrut qəsəbəsində ucaldılıb.

Zəfər şəhidlərinin xatirə kompleksinin qarşısında yerləşən abidənin üzərində əsgər təsviri və Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alan pilotsuz uçuş aparatları əks olunub.

Qeyd edək ki, "Dəmir yumruq" Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad edilməsi uğrunda başlatdığı döyüş əməliyyatlarının adı olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: