Sergey Lavrov və BMT-nin Ali Komissarı qaçqınların Azərbaycanın azad edilmiş ərazilərə qayıtmasını müzakirə ediblər
İyunun 28-də Moskvada Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq qaçqınların və məcburi köçkünlərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmasını nəzərdən keçiriblər.
NUHÇIXAN İnformasiya Agentliyinin Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, söhbət əsnasında dünyada qaçqınların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin vəziyyəti, o cümlədən COVID-19 pandemiyası nəzərə alınmaqla, eləcə də BTM-nin Qaçqınlar üzrə Ali Komissarının Rusiya ilə qarşılıqlı fəaliyyətinin müxtəlif aspektləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb.