ANAMA: Ötən həftə 114 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

A- A A+

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, iyunun 21-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 84, tank əleyhinə 74 mina və 134 partlamamış hərbi sursat aşkarlanıb.

Əməliyyatlar nəticəsində 114 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: