Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Antalyada Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.
NUHÇIXAN İnformasiya Agentliyinin "TASS"a istinadən verdiyi məlumata görə, tərəflər həm ikitərəfli, həm də beynəlxalq gündəmin aktual məsələlərini müzakirə edəcəklər.
Bildirilir ki, XİN rəhbərlərinin danışıqlarının digər bir vacib mövzusu da Cənubi Qafqazdakı vəziyyət olacaq.