Azərbaycanın işğaldan azad etdiyi Hadrut bölgəsində aparılan axtarış işləri nəticəsində 2 erməni hərbçinin cəsədi tapıldı. NUHÇIXAN İnformasiya Agentliyi Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Dövlət Təcili Xidmətindən bildirilib.
İlkin məlumatlara görə, onlar döyüş əməliyyatlarının iştirakçıları olublar. Qeyd olunur ki, onların şəxsiyyəti məhkəmə ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bildirilir ki, digər istiqamətlərdə axtarışlar uğursuz olub.
Diqqətə çatdırılır ki, 13 noyabr 2020-ci il tarixindən 29 iyun tarixinə qədər Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə 1588 erməni hərbçisinin cəsədi tapılıb.