Fransanın “LaMinute” portalında Ermənistan hərbçilərinin Azərbaycan ərazisini atəşə tutmasından yazıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yazıda Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına istinadla erməni əsgərlərin ötən il müharibədən sonra imzalanmış üçtərəfli Bəyanatı pozduqları, Tovuz rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərinə atəş açdıqları qeyd edilib.
Yazıda Qarabağın ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilər tərəfindən işğal edildiyi, lakin ötən ilin noyabrında Azərbaycan Ordusu tərəfindən azad olunduğu oxucuların diqqətinə çatdırılıb.
Fransalı oxuculara, həmçinin keçmiş Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verilib.