İyulun 8-9-da Ukraynanın paytaxtı Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 55-ci iclası keçiriləcək.
GUAM-ın Milli Əlaqələndiricilər Şurasından NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, iclasın ilk günü quruma üzv olan ölkələrin ekspertləri səviyyəsində müzakirələr aparılacaq. GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsi müzakirə olunacaq.
İyulun 9-da isə GUAM-a üzv olan ölkələrin xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə iclasın rəsmi açılışı keçiriləcək. İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.
Qeyd edək ki, GUAM-a sədrlik 2021-ci il yanvarın 1-dən Gürcüstana keçib. Bu, Gürcüstanın sədrliyi dövründə GUAM Milli Əlaqələndiricilər Şurasının ilk iclası olacaq. 2020-ci ildə Azərbaycanın təşkilata sədrliyi dövründə 30-dan çox görüş keçirilib.